"Barselona"da şok itki: uzun müddət oynamayacaq

17:30 - 15 İyul 2024

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Ronald Arauxo sıradan çıxıb.

Uruqvay millisinin üzvü Amerika Kubokunun 1/4 final mərhələsinin Braziliya ilə oyununda zədələnib. 25 yaşlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq.

Uruqvaylı arxa xətt oyunçusu ən yaxşı halda dekabr ayında yaşıl meydanlara qayıdacaq.

Xəbər xətti