"Real"ın qapıçısı Andrey Lunin gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, ukraynalı qolkiper komandada qalacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubları ilə adı hallanan 25 yaşlı futbolçu növbəti mövsümü Madrid təmsilçisində keçirəcək.
Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib. Ukrayna millisinin üzvünün klubla müqaviləsi gələn ilin iyun ayında başa çatır.
saytlarin hazirlanmasi