Argentina millisinin üzvü Xulian Alvarez Mançesteri tərk etməyə hazırlaşır.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, argentinalı "Atletiko"ya (Madrid) keçəcək.
Artıq tərəflər arasında danışıqlara start verilib. Alvarezin özü də bu keçiddə maraqlıdır.
O, daha çox oyun vaxtı əldə etmək üçün bu addımı atacaq.
Alvares "Mançester Siti"nin heyətində 103 oyun keçirib, 36 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun "Mançester Siti" ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi