"Real" müqaviləsi başa çatan Luka Modriçlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi xorvatiyalı yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı futbolçu 2024/2025 mövsümünün sonuna kimi "kral klubu"nun uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ilin yayında "Tottenhem"dən transfer edib. Xorvatiya millisinin üzvü La Liqa nəhənginin heyətində meydana çıxdığı 534 rəsmi matçda 39 qol və 86 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi