Andrey Lunin "Real" Madridin müqaviləni artırmaq təklifini cavabsız qoyub. Sportal.az "Defenca Central"a istinadən xəbər verir ki, bu durum klubun prezidenti Florentino Peresi narahat edir.
Mənbənin verdiyi məlumata görə, ukraynalı qapıçı klubla müqaviləni artırmasa, onu transferə çıxaracaqlar. Madrid klubu onu 25-30 milyon avroya satmağı planlaşdırır.
Luninə gəlincə, o, başa düşür ki, Tibo Kurtuanın olduğu yerdə daha çox ehtiyatda əyləşmək məcburiyyətində qalacaq. Belə vəziyyət isə ukraynalı qapıçını qane etmir. O, daha çox oynaya biləcəyi kluba keçmək niyyətindədir.
Qeyd edək ki, Andrey Luninin "Real"la müqaviləsi 2025-ci ilin yayında bitəcək. O, ötən mövsüm 31 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi