"Atletiko" Alvaro Moratanın "Milan"a keçidindən sonra onu kiminlə əvəzləyicini götür-qoy edir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi artıq indidən bəzi forvardlarla danışıqlara başlayıb.
Dieqo Simeone 2023/2024 mövsümündə İspaniya Primerosunun bombardiri olmuş "Jirona"nın hücumçusu Artyom Dovbiki sərəncamında görmək niyyətindədir.
Argentinalı mütəxəssis rəhbərlikdən ukraynalının transfer edilməsini istəyib.
"Jirona" isə Dovbiki 40 milyon avrodan aşağı qiymətə satmayacaq.
Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.
Ukraynalı forvard ötən mövsüm bütün turnirlərdə 41 matçda meydana çıxıb, 25 qol vurub və 10 asist etmişdi.
O, 2028-ci il iyunun 30-na qədər "Jirona"ya məxsusdur.
saytlarin hazirlanmasi