İspaniya klubundan yeni transfer

12:17 - 19 İyul 2024

İspaniya La Liqasının iddialılarından olan “Vilyarreal” yeni futbolçu transfer edib.

Sportal.az xəbər verir ki, bu klub “Las Palmas”da oynamış Serxi Kardona ilə anlaşıb.

“Vilyarreal” sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalayıb. 25 yaşlı futbolçu yeni klubuna azad agent statusu ilə keçib.

Kardona “Ximnastik”in sabiq üzvüdür. O, ötən mövsüm İspaniya çempionatında “Las Palmas”ın heyətində debüt edib və 35 oyun keçirib, 1 qol vurub. 

Xəbər xətti