İspaniya milli komandasının qapıçısı Unay Simon uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Sportal.az xəbər verir ki, Avro-2024-ün qalibi biləyindən əməliyyat olunacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Atletik"in qolkiperi 4-5 ay komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Unay Simon Almaniyada keçirilən Avropa çempionatında 6 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi