Tanınmış futbolçu İtaliya klubu ilə anlaşdı

15:45 - 21 İyul 2024

İspaniya millisinin sabiq üzvü Alberto Moreno yenidən legioner həyatı yaşayacaq.

Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “Komo”ya keçib.

O, uzun illərdən sonra A seriyasına qayıdan klubla 1 illik müqavilə imzalayıb.

Morenonu İtaliya klubunun baş məşqçisi Sesk Fabreqas şəxsən komandasına dəvət edib.

Müdafiəçi əvvəllər “Liverpul”, “Sevilya” klublarında oynayıb. Onun sonuncu komandası “Vilyarreal” idi.
 

Xəbər xətti