Almaniya çempionu olan forvard İspaniya klubunda

18:21 - 21 İyul 2024

İspaniya millisinin forvardı Borxa İqlesias "Betis"dən "Selta"ya(Viqo)ya keçib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı ispaniyalı bir mövsümlük icarəyə verilib.

"Betis" Borxanı 2019-cu ilin yayında "Espanyol"dan 28 milyon avroya alıb. Futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında Almaniya çempionu olduğu "Bayer"də keçirib.

Əvvəllər İqlesias artıq “Selta”da oynasa da, onlar üçün cəmi iki oyun keçirib. Borxa 2022-ci ildə İspaniya millisində debüt edib.

Xəbər xətti