İspaniya millisinin və "Real Sosyedad"ın futbolçusu Martin Subimendinin İngiltərəyə yollanmaq şansı yüksəkdir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "Mançester Yunayted"ə keçə bilər.
Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.
"Qırmızı şeytanlar"ın rəhbərliyi "Real Sosyedad"a 60 milyon avro təklif edib.
25 yaşlı futbolçunun "Real Sosyedad"la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
O, hazırkı komandasının yetirməsidir və 2016-cı ildə əsas komandada debüt edib.
saytlarin hazirlanmasi