"Atletiko" və "Milan" Serbiya yığmasının müdafiəçisini istəyir

11:34 - 22 İyul 2024

“Atletiko” “Zaltsburq”un futbolçusu Strahinya Pavloviçlə müqavilə imzalamağı planlaşdırır. 

Sportal.az “TMW” portalına istinadən xəbər verir ki, Madrid klubu ilə yanaşı “Milan” da serbiyalı üçün hərəkətə keçib.

“Zalstsburq” rəhbərliyi isə futbolçunu 20 milyon avrodan aşağı qiymətə buraxmaq haqda düşünmür. “Atletiko” rəhbərliyi Strahinyanı daha aşağı məbləğə transfer etməyi planlaşdırır.

”Partizan”ın sabiq futbolçusu 2022-ci ildən Avstriya klubunda çıxış edir. Yaxın günlərdə onun hansı komandaya keçəcəyi dəqiqləşəcək.

Serbiya millisinin üzvü "Monako" və "Bazel" komandalarında da çıxış edib.
 

Xəbər xətti