"Barselona"nın futbolçusu İlkay Gündoğan bu yay İspaniyanı tərk edə bilər.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "Əl-Sədd" klubunun maraq dairəsindədir.
Qətər təmsilçisi almaniyalı üçün hərəkətə keçib və ona üç illik müqavilə təklif olunub.
"Barselona" ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər olan İlkayın "Əl-Sədd"ə keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.
saytlarin hazirlanmasi