"Real" 35 yaşlı almaniyalını transfer etməyi planlaşdırır

16:22 - 23 İyul 2024

"Borussiya"dan ayrılan Mats Hummels karyerasını İspaniyada davam etdirə bilər.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Real" almaniyalı üçün təklif göndərib.

35 yaşlı futbolçunun yaxın günlərdə Madridə yollanaraq klubla müqavilə imzalayacağı gözlənilir.

Hummels ötən mövsüm Bundesliqada 25 oyun keçirib və 3 qol vurub.

Xəbər xətti