"Arsenal" "Real Sosyedad" və İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino üçün təklif göndərib.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, "topçular"ın baş məşqçi Mikel Arteta həmyerlisi üçün klubdan onun transfer edilməsini istəyib.
London klubunun rəhbərliyi də Merinoya görə "Real Sosyedad"a 60 milyon avro təklif edib.
28 yaşlı futbolçunun San-Sebastyan təmsilçisi ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi