Belçika millisinin sabiq üzvü Adnan Yanuzay "Sevilya"dan ayrılıb.
Sportal.az xəbər verir ki, o, icarə əsasında "Las Palmas"da oynayacaq.
Bu barədə "sarı-göylər"in rəsmi saytında məlumat verilib.
29 yaşlı belçikalı 1 mövsümlük icarəyə götürülüb. Yanuzay daha əvvəl icarə əsasında Türkiyədə "Başakşehir" klubunda çıxış etmişdi.
"Mançester Yunayted"in yetirməsi olan Adnan "Borussiya"(Dortmund), "Sanderlend", "Real Sosyedad" komandalarında da oynayıb.
saytlarin hazirlanmasi