"Sevilya" heyətini yeni forvardla gücləndirməyi planlaşdırır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Əndəlusiya təmsilçisi "Barselona"nın forvardı Ansu Fatini heyətinə qatmaq istəyir.
"Sevilya" rəhbərliyi Fati üçün "Barselona" ilə danışıqlara start verib.
Ansu ötən mövsümü İngiltərə Premyer Liqasında yarışan "Brayton"da keçirib.
21 yaşlı futbolçunun Kataloniya təmsilçisinin müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi