"Barselona" İspaniya millisinin və "Leyptsiq"in futbolçusu Dani Olmonu heyətinə qatmaqda maraqlıdır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı yarımmüdafiəçi üçün Almaniya klubuna müraciət edib.
"Barsa"nın 40 milyonluq təklifi "Leyptsiq" rəhbərliyinin ürəyincə olmayıb. Ona görə də almanlar təklifdən imtina ediblər.
Olmo 2023/2024 mövsümündə Almaniya Bundesliqasında 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Onun "Leyptsiq"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi