Millimizin üzvü Rumıniyada klubunu dəyişdi

15:56 - 28 İyul 2024

Voleybol üzrə Azərbaycan milli komandasının üzvü Yelizaveta Ruban Rumıniyada klubunu dəyişib.

Sportal.az xəbər verir ki, o, karyerasını "Alba"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı oyunçu Blaj təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Ruban son mövsümü "Luqoj"da oynayıb.


Xəbər xətti