"Sevilya" "Fənərbaxça"ya satdığı forvarda əvəzləyici tapdı

11:49 - 31 İyul 2024

Nigeriya millisinin üzvü Keleçi İheanaço "Sevilya"ya keçib.

Sportal.az xəbər verir ki, “Lester”dən ayrılan forvard Əndəlusiya təmsilçisi ilə anlaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat verib.

Nigeriyalı forvard “Fənərbaxça”ya keçən Yussef En-Nesirinin əvəzinə transfer edilib. O, 2017-ci ildən “Lester”də oynayırdı və bu illər ərzində 160 matça çıxıb, 33 qol vurmuşdu.

Xəbər xətti