Albaniya millisinin müdafiəçisi Mario Mitay İtaliyaya köçməyə hazırlaşır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 20 yaşlı futbolçu “Sevilya”ya keçə bilər.
Əndəlusiya təmsilçisi “Lokomotiv”də oynayan futbolçunun transferini bu ay reallaşdırmaq niyyətindədir. Moskva klubu onu buraxmağa hazırdır. "Sevilya"nın "Lokomotiv"in istədiyi təzminat məbləğini ödəyərsə, keçid reallaşacaq. ödəyəcəyi təqdirdə.
20 yaşlı müdafiəçi 2022-ci ildə AEK-dən “Lokomotiv”ə keçib. Onun Rusiya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.