Norveç yığmasının və "Vilyarreal"ın forvardı Aleksandr Sörlot karyerasını başqa klubda davam etdirməyə hazırlaşır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "Atletiko" skandinaviyalı hücumçu ilə müqavilə imzalamağa yaxındır.
Madrid təmsilçisi 28 yaşlı futbolçunun transferini həll edib.
"Vilyarreal"la müqavilə müddəti 2028-ci ilin yayına qədər olan Sörlot özü də "Atletiko"da oynamağa müsbət yanaşıb.
Sörlot La Liqanın ötən mövsümündə 34 matçda iştirak edib, 23 qol vurub, 6 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi