UEFA İspaniya millisinin futbolçularını cəzalandırdı

22:18 - 7 Avqust 2024

UEFA İspaniya milli komandasının üzvləri Alvaro Morata və Rodrini cəzalandırıb.

Sportal.az xəbər verir ki, hər iki oyunçuya iki oyunluq cəza verilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Onların cəza almasının səbəbi Avropa çempionluğunun qeyd olunduğu tədbirdə etdiyi davranışlarıdır. Bejə ki, Morata və Rodri tədbir zamanı "Cəbəllütariq İspaniyadır" şüarı səsləndirib.

Xəbər xətti