"Real"da ciddi itki: 6-7 həftə oynamayacaq

16:21 - 14 Avqust 2024

"Real" bu gün "Atalanta" ilə keçiriləcək UEFA Super Kuboku matçına ciddi itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiçisi Eduardo Kamavinqa sıradan çıxıb. Fransalı futbolçu oyundan öncə baş tutan məşqdə topuğundan zədələnib.

21 yaşlı dayaq yarımmüdafiəçisi matçda iştirak etməyəcək. Kamavinqanın 6-7 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Real" - "Atalanta" qarşılaşması bu gün Bakı vaxtilə saat 23:00-da Polşanın paytaxtı Varşava şəhərində baş tutacaq.

Xəbər xətti