"Liverpul" "Real Sosyedad"ın futbolçusu Martin Subimendini transfer etməyi planlaşdırır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi ispaniyalı yarımmüdafiəçinin keçidi üçün qarşı tərəflə danışıqları davam etdirir.
Amma böyük ehtimalla keçid baş tutmayacaq.
Məsələ burasındadır ki, Martin "Liverpul"un təklifindən imtina edərək, "Real Sosyedad"da qalmaq qərarı verib.
25 yaşlı futbolçunun "Real Sosyedad"la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi