İspaniya klubu argentinalı ilə anlaşdı

17:44 - 25 Avqust 2024

“Sevilya” növbəti dəfə heyətinə yeni futbolçu cəlb edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Əndəlusiya təmsilçisi “Brayton”dan Valentin Barkonu icarəyə götürüb.

20 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Sevilya”da oynayacaq.

Bu ildən Argentina millisinə də dəvət edilən Barko 2024-cü ildə “Boka Xuniors”dan “Brayton”a keçmişdi.

Xəbər xətti