Ukraynalı "Real"da qalacaq

19:48 - 25 Avqust 2024

Ukrayna millisinin qapıçısı Andrey Lunin "Real"da qalacaq.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, onun karyerasını başqa klubda davam etdirəcəyi iddia edilsə də, "Real" rəhbərliyi onunla bağlı qərarını verib.

"Kral klubu" ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq Lunin özü də, komandada qalmağa üstünlük verib. Amma müqavilə müddətinin artırılıb-artırılmayacağı haqda isə yenilik yoxdur. 

2018-ci ildən "Real"da oynayan Andrey 2023/2024 mövsümündə İspaniya Primerosunun və Çempionlar Liqasının qalibi olub.

Xəbər xətti