Çili milli komandasının sabiq qapıçısı Klaudio Bravo karyerası ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 41 yaşlı qolkiper peşəkar karyerasını başa vurub. Bravo qərarını sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.
Qeyd edək ki, Klaudio Bravo peşəkar karyerasına ölkəsində yetirməsi olduğu "Kolo Kolo" klubunda başlayıb. Təcrübəli qapıçı daha sonra "Real Sosyedad" (2006-2014), "Barselona" (2014-2016), "Mançester Siti" (2016-2020) və "Betis"də (2020-2024) çıxış edib. O, Çili milli komandasının heyətində 150 oyun keçirib.
saytlarin hazirlanmasi