"Real"da işləyəcəkdi, viza ala bilmədi

14:34 - 11 Sentyabr 2024

"Stokport"un baş məşqçisinin köməkçisi Endi Manqan “Real”ın təklifini qəbul etsə də, orada işləyə bilməyəcək.

Sportal.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, ingilis mütəxəssis bu il Karlo Ançelottinin məşqçilər korpusuna daxil olacaqmış.

Lakin Böyük Britaniyanın Avropa İttifaqından çıxması səbəbindən ona iş icazəsi verilməyib. Ona görə də, Manqan “Stokport”da qalıb.

Hazırda İspaniyada iş icazəsi almaq üçün doqquz aya qədər gözləmək lazımdır.
 

Xəbər xətti