"Barselona"də qalmaq istəmir, "Mançester Yunayted" və "Bavariya" arasında seçim edəcək

13:47 - 12 Sentyabr 2024

Uruqvay millisinin üzvü Ronald Arauxo "Barselona"dan ayrılmağı planlaşdırır.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, "Barsa" ilə müqavilə müddətini artırmaq niyyətində deyil.

Belə ki, futbolçu "Mançester Yunayted" və "Bavariya" arasında seçim edir.

Bu mənada, Kataloniya klubunun yeni müqavilə təklifinə mənfi cavab verib. 

25 yaşlı futbolçunun "Barselona" ilə müqavilə müddəti isə 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti