Sequndanın ən yaxşısı "Atletik"ə keçir

21:28 - 16 Sentyabr 2024

"Atletik" "Rasinq"in(Santander) yarımmüdafiəçisi İniqo Visenteni heyətinə qatmaq niyyətindədir. 

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, klub ötən yay futbolçunu transfer edə bilməyib. Visentenin müqaviləsində 6 milyon avroluq sərbəst qalma maddəsi var. 26 yaşlı sol cinah müdafiəçisi "Atletik"in yetirməsidir. Visente 2022-ci ilin iyulundan “Racinq”də oynayır. Onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir.

Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Keçidin qışda baş tutacağı dəqiqləşib.

Ötən mövsüm ispaniyalı Sequndada 40 oyun keçirib, 3 qol vurub və 12 məhsuldar ötürmə edib. Visente asist sayına görə hamını qabaqlayıb və ən yaxşı seçilib.

Xəbər xətti