İspaniya millisinin sabiq kapitanı Meksika klubuna keçmədi

19:22 - 21 Sentyabr 2024

İspaniya millisinin və "Real"ın sabiq kapitanı Serxio Ramos Meksikada oynamayacaq.

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, təcrübəli müdafiəçinin "Monterrey"ə keçidi gözlənilirdi.

Lakin son anda tərəflər arasında razılıq əldə edilməyib. "Qalatasaray"a da keçidi gündəmdə olan Ramos hazırda MLS liqa klublarından "San Dieqo" ilə danışıq aparır.

38 yaşlı futbolçu ötən mövsümü “Sevilya”da keçirib, 28 matça 3 qol vurub.

Xəbər xətti