“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya çempionatının altıncı turunda "Vilyarreal"la görüşün ilk hissəsinin sonunda zədələnib.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, alman qolkiper rəqibin hücumçusu Eremi Pino ilə uğursuz toqquşmadan sonra qazona istənilən kimi enməyib və dizindən zədə alıb.
Nəticədə, Ştegen meydanı xərəkdə tərk edərək, yerini İnyaki Penaya verib.
İlkin müayinəyə əsasən təcrübəli qolkiperin 8 aylıq sıradan çıxdığı bildirilir.
Bu gün isə MRT müayinəsindən keçəcək almaniyalının hansı müddətdə oynamayacağı dəqiqləşəcək.
saytlarin hazirlanmasi