“Real”ın baş məşqçi postunda dəyişiklik olmaya bilər.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, “kral klubu” italiyalı mütəxəssislə işbirliyinə son qoymaq istəmir.
Belə ki, İspaniya nəhəngi 2026-cı il iyunun 30-na qədər Anleçottiyə tapşırıla bilər. Təcrübəli məşqçi 2013-2015-ci illərdə “Real”da işləyib.
Onun Madrid klubuna ikinci dönüşü 2021-ci ildə baş tutub.