"Atletiko" həftəsonu "Real"la keçiriləcək Madrid derbisinin fasiləsində təşkil olunacaq konsert proqramını ləğv edib.
Sportal.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb. Matçın fasiləsində meksikalı aktrisa və müğənni Danna Paola ifa etməli idi. Lakin klub rəhbəriyinin qərarı ilə sənətçinin çıxışı baş tutmayacaq.
Buna Danna Paolanın "Real" azarkeşi olduğunu açıqlaması və "kral klubu"nun 2:1 hesabı ilə qalib gələcəyini proqnozlaşdırması səbəb olub.
Qeyd edək ki, "Atletiko" - "Real" qarşılaşması 29 sentyabr tarixində, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
saytlarin hazirlanmasi