"Barselona" bir müddət əvvəl satmaq istədiyi Rafinya ilə bağlı qərarını dəyişib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi uğurlu mövsüm keçirən braziliyalı vingeri uzun müddət komandada saxlamaq istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Klub rəhbərliyi 27 yaşlı futbolçunun 2027-ci ilədək müqaviləsinin müddətini uzatmağı planlaşdırır. La Liqa nəhəngi "sambaçı"ya yeni sözləşmə təklif edəcək.
Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü bu mövsüm İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi