İspaniyanın "Barsekona" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Mark Bernalın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. Klub istəsə, müqavilənin müddətini daha 3 il artıra bilər. La Liqa nəhəngi ispan sərbəstqalma məbləğini 500 milyon avro təyin edib.
Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. İspaniya U-17 millisinin üzvü olan gənc oyunçu bu mövsüm əsas komandanın heyətində 3 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi