"Barselona" müqavilə müddətini uzatdı, 500 milyon qiymət qoydu

19:47 - 1 Oktyabr 2024

“Barselona” yarımmüdafiəçi Mark Bernalla müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

17 yaşlı futbolçunun yeni müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi nəzərdə tutulub. Futbolçunun 18 yaşı tamam olduqdan sonra müqavilə müddəti üç müddətinə uzadılacaq.

Eyni zamanda, müqavilədə 500 milyon avroluq təzminat məbləği qeyd edilib. 

Dizindəki çarpaz bağın yırtılmasına görə Bernal komandaya kömək edə bilmir.
 

Xəbər xətti