İspaniya La Liqasında baş məşqçi istefası gərçəkləşib.
Sportal.az xəbər verir ki, "Las Palmas" Luis Migel Karrionla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı ispan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Luis Migel Karrion mövsümün əvvəlində "Las Palmas"ın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında La Liqada keçirdiyi 9 oyunda 3 heç-heçə edib, 6 dəfə məğlub olub və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi