"Atletiko"dan 300 milyon avroluq müqavilə

23:00 - 9 Oktyabr 2024

"Atletiko"nun ev oyunlarını keçirdiyi "Metropolitano" stadionunun adı dəyişdirilib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Səudiyyə Ərəbistanının "Riyad Eyr" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Atletiko"nun stadionu şirkətin adını daşıyacaq. Arena bundan sonra "Riyad Eyr Metropolitano" adlanacaq.

Tərəflər arasında 2033-cü ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. İspaniya mətrbuatı "Atletiko"nun bu anlaşmadan ümumilikdə 300 milyon avro gəlir əldə edəcəyini bildirir.

Qeyd edək ki, "Metropolitano" stadionu 2017-ci ildə istifadəyə verilib. İdman qurğusu 67 703 tamaşaçı tutumuna malikdir.

Xəbər xətti