Morata: "İspaniyanı tərk etmək mənim üçün ən yaxşı qərar idi"

14:34 - 11 Oktyabr 2024

"Milan"ın hücumçusu Alvaro Morata son vaxtlar yaşadığı problemlərdən danışıb.

Sportal.az xəbər verir ki, "Cope"yə danışan İspaniya millisinin forvardı İtaliyaya yollanmaq qərarını verməsindən də bəhs edib:

"Həqiqətən çətin anlar yaşayırsınızsa, depressiyadasınızsa, panik ataklarınız varsa, həyat vəziyyətinizdən asılı olmayaraq, içinizdə hər gün və hər gecə mübarizə aparmalı olduğunuz başqa bir insan var. İstənilən halda, mənim üçün ən yaxşısı İspaniyanı tərk etmək idi. Çünki dözə bilmədiyim məqamlar gəlmişdi. Panika ataklar güclənirdi. Ona görə də sonda İtaliyaya gəlməyə qərar verdim".

31 yaşlı forvard bu yay “Milan”la müqavilə imzalayıb. Onun “rossonyerlər”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti