"Mançester Siti"nin hücumçusu Erlinq Haaland “Real” və ya “Barselona”ya keçməyə hazırdır.
Sportal.az “El Nacional”a istinadən xəbər verir ki, norveçli forvard 2025-ci ilin yayında İspaniyaya yollanmaq istəyir.
PSJ də Haalandı transfer etməkdə israrlıdır. Lakin o, özünü La Liqada sınamaq niyyətindədir.
Erlinqin "Mançester Siti" ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Norveçli “vətəndaşlar”ın heyətində 108 matçda 101 qol vurub, 14 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi