Tanınmış mütəxəssis Manolo Ximenes Kiprdə işləyəcək.
Sportal.az xəbər verir ki, ispaniyalı məşqçi APOEL-də çalışacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, mövsümün sonuna qədər Kipr nəhəngini çalışdıracaq.
Ximenez “Sevilya”, AEK, “Əl-Rayyan”, “Las-Palmas”, “Əl-Vahda”, “Serro Porteno” klublarında işləmişdi.