İspaniya milli komandasının Danimarka ilə keçirdiyi matçda (1:0) zədələnən Lamin Yamalın durumu bəlli olub.
Sportal.az xəbər verir ki, "Barselona" klubun düşərgəsinə qayıdan 17 yaşı vingerin durumunu açıqlayıb. Gənc oyunçunun bud nahiyəsində əzələ gərginliyi aşkarlanıb.
Klub Yamalın müalicəsinə başlayıb. Onun məşqlərə nə vaxt başlayacağı ilə bağlı məlumat verilməyib. İspaniya millisinin üzvünün bərpa prosesini 2-3 həftə çəkəcəyi ehtimal edilir.
saytlarin hazirlanmasi