"Barselona"nın qapıçısı: "Rəqib kimi oynamaqdan qorxduğum yeganə futbolçudur"

14:34 - 16 Oktyabr 2024

"Barselona"nın qapıçısı Voytsex Şesnı hansı rəqibə qarşı oynamağın ən çətin olduğunu açıqlayıb.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, polşalı Lionel Messinin adını xüsusi vurğulayıb:

"Hansı hücumçu daha çox problem yaradıb? Lionel Messi. Yəqin ki, mənə ondan daha çox qol vuran hücumçular var. Düşünürəm ki, Messi mənə cəmi üç qol vurub. Mən bunu bilirəm. Çünki o, mənə cəmi üç şüşə pivə göndərmişdi. Amma Messi "ölümcül" olduğu üçün rəqib kimi oynamaqdan qorxduğum yeganə futbolçudur".

Qeyd edək ki, 34 yaşlı qolkiper karyerasını başa vurmuşdu. Amma bir müddət əvvəl karyerasını bərpa edərək Kataloniya klubu ilə bir illik müqavilə imzalamışdı.

 

Xəbər xətti