"Real"ın futbolçusu Luka Modric gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi karyerasını başa vurmağı düşünmür. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Ulduz futbolçu "Real"la mövsümün sonunda başa çatmalı olan müqaviləsini daha bir il uzatmaq istəyir. Bundan başqa Modriç Xorvatiya millisi ilə 2026-cı ildə keçiriləcək dünya çempionatında da iştirak etmək istəyir.
Qeyd edək ki, Luka Modrid bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi