Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
19 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Kəpəz-2” – “Qarabağ-2” oyununun 36-cı dəqiqəsində “Qarabağ-2” komandasının 63 nömrəli futbolçusu Hacı İbrahim ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qarabağ-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
19 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
19 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandası futbolçu limitinin pozduğuna görə “Qarabağ-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Qarabağ-2” komandası 400 manat cərimə edilir (maddə 61.5);
20 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının heyətində 4 nəfər sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
20 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91).
21 oktyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında X turun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandası legioner limitini pozduğuna görə “Sumqayıt-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Sumqayıt-2” komandası 400 manat cərimə edilir (maddə 61.5).
saytlarin hazirlanmasi