"Real"ın müdafiəçisi Antonio Rüdiger gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, almaniyalı futbolçu müqaviləsi başa çatdıqdan sonra komandanı tərk edəcək. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
32 yaşlı mərkəz müdafiəçisi "Real"dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanına yollanmağı planlaşdırır. Təcrübəli arxa xətt oyunçusu karyerasını Asiya ölkəsində başa vurmaq istəyir.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol vurub. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatır.
saytlarin hazirlanmasi