La Liqada yanvar ayının ən yaxşı məşqçisi bəlli oldu

21:53 - 27 Yanvar 2025

İspaniya La Liqasında yanvar ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Xetafe"ni çalışdıran Xose Bordalas ayın ən yaxşısı seçilib. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

60 yaşlı ispan mütəxəssis Karlos Ançelotti ("Real") və Borxa Ximenesi ("Leqanes") üstələyib.

Qeyd edək ki, "Xetafe" La Liqada yanvar ayında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib.


Xəbər xətti