"Barselona" kolumbiyalını transfer etməyi planlaşdırır

13:48 - 20 Fevral 2025

"Barselona" "Liverpul"un futbolçusunu transfer etməyi planlaşdırır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, söhbət Luis Diazdan gedir.

28 yaşlı yarımmüdafiəçi özü də Kataloniya klubuna keçmək istəyir.

Hazırda tərəflər arasında danışıqlar gedir. Kolumbiyalı bu sezon "Liverpul"un heyətində 35 matçda, 13 qol vurub və 2 asist edib.

Onun İngiltərə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Xəbər xətti